ARB dövlət dili normalarına əməl etmir Yaxud, Audiovizual Şura bu kanala niyə "dözümlü" münasibət göstərir? -VİDEO

  • By admin
  • 29 Oktyabr 2022 17:31

 

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı və müğənni həyat yoldaşı Doğuş “ARB” telekanalında birgə verilişi efirə çıxıb.

Efir məkanının və şou-biznesin iki tanınmış simasının bir araya gəldiyi “Günaydın Azərbaycan” proqram maraqla gözlənilsə də ilk gündə gözləntiləri doğrultmayıb.

Qeyd edək ki, proqram X.Hidayətqızının mənzilində çəkilir, onun valideynləri, o cümlədən uşaqları da verliş boyu kameralar qarşısında olublar.
Aparıcı və həyat yoldaşı vəd olunan fərqli kontent, performans nümayiş etdirməyib, başqa kanallarda oxşar verlişlləri bir qədər fərqli formada təkrarlamağa çalışıb.

Bu da tamaşaçı auditoriyasının diqqətindən qaçmayıb. Sosial şəbəkələrdə yazılan çoxsaylə tənqidi rəylər də ilk verlişin uğursuz olmasından xəbər verir.
Əlbəttə, “Günaydın Azərbaycan”ı fərqli edən məqamlar da yox deyil. Amma təəssüf ki, bu fərqlilik “Fərqimizdəyik” sloqanı ilə çıxış edən ARB kanalaının “Media haqqında” qanunun normalarını tapdalamasına şərait yaradıb. Belə ki, proqramın iki əsas aparıcısından biri – Türkiyənin tanınmış pop ulduzu Doğuş Türkiyə türkcəsində danışır. Söüzgüdən qanunun tələbinə görə, “Teleməhsul hazırlayanlar dövlət rəmzlərinə hörmətlə yanaşmalı, dövlət dilinin normalarına riayət etməlidirlər”.
Habelə “Dövlət dili haqqında” AR qanunun 6-cı maddəsində yazılıb:
“Dövlət dilinin televiziya və radio yayımlarında işlənməsi
Mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində təsis edilən və fəaliyyət göstərən, dövlət dilində yayımlanan bütün televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməli və səlis danışıq qabiliyyətinə malik olmalıdırlar. Televiziya və radio kanallarında dublyaj olunan filmlər və verilişlər dövlətin müəyyən etdiyi dil normalarına uyğun olmalıdır”.
ARB MMC-nin “Redaksiya siyasəti və peşə etikası qaydaları”nın Medianın İnkişafı Agentliyinin tövsiyələri, Mətbuat Şurasının “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı qaydaları”, BBC telekanalının “Davranış kodeksi”, IFJ – Beynəlxalq Jurnalistlər Federasiyasının “Jurnalistlərin qlobal etik deklarasiyası” əsasında hazırlandığı bildirilsə də təssüflə bu normaya əməl olunmur.
Əlbəttə, Azərbaycanda Türkiyə türkcəsini əksəriyyət başa düşür, qanunvericiliyə bu dəyişikliyin edilməsi vaxtı ilə etirazla qaşılanmışdı. Amma buna rəğmən qanun qəbul edilib və qüvvədədir. Əksər media qurumları, o cümlədən telekanallar bu normaya ciddi şəkildə əməl edirlər. Əks halda Adiovüzual Şura tərəfindən cəzalandırılır.
Qeyd edək ki, Şura nədənsə ARB kanalında baş verən qanun pozuntularına “dözümlü” münasibət göstərir.

 

Elmar Elnuroğlu 

Gununsesi.info