Vaqif Poeziya Günlərindən qayıdan AYB üzvləri qalmaqal yaratdı

Şuşada təşkil olunan Vaqif Poeziya Günlərindən qayıdan Azərbaycan Yazıçılar Birliyinin üzvləri avtobusda qalmqal yaradıb.

Hadisə şahidlərinin Gununsesi.info-ya verdiyi xəbərə görə, AYB katibi Elçin Hüseynbəyli, qurumun üzvləri- Ömər Xəyyam və Xəyal Rza avtobusda mübahisə ediblər.

Mübahisə nəticəsində yaşanan gərginliyə Mədəniyyət Nazirliyinin təmsilçiləri müdaxilə edib.

Bildirilir ki, qalmaqala səbəb AYB üzvlərinin sərxoş olması olub.

Məsələ ilə AYB sədri Anarın və Mədəniyyət Nazirliyi rəhbərliyinin məlumatlandırıldığı deyilir.

 

Günay

Gununsesi.info