ABŞ prezidenti Tramp Yaponiya ilə ticarət razılaşmasını tamamladıqlarını və bu ölkənin ABŞ-a 15 faizlik tariflər ödəyəcəyini açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bir çox ölkəyə qarşı bəyan etdiyi gömrük rüsumlarının qüvvəyə minəcəyi avqustun 1-dən əvvəl bu mövzuda addımlarını davam etdirir.
Tramp sosial media hesabından etdiyi paylaşımda Yaponiya ilə ticarət razılaşmasını tamamladıqlarını və bu ölkənin ABŞ-a 15 faizlik tariflər ödəyəcəyini açıqlayıb.
ABŞ prezidenti Yaponiya ilə razılaşmanı “bəlkə də indiyə qədər əldə edilmiş ən böyük razılaşma” kimi qiymətləndirib.
Yaponiyanın öz göstərişi ilə ABŞ-yə 550 milyard dollar sərmayə qoyacağını və qazancın 90 faizini özlərinin alacağını ifadə edən Tramp, “Bu müqavilə yüz minlərlə iş yeri yaradacaq. Daha əvvəl belə bir şey olmamışdı” deyib.
Orxan













