
2021-ci ilin sonunda valyuta satışının yüksəlməsi və vahid xəzinə hesabının qalığının dəyişməsi pul bazasının əhəmiyyətli artımı ilə nəticələnib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi”ndə əksini tapıb.
Bildirilib ki, hesabat ilində hərraclarda satılmış valyuta həcmi əvvəlki ilə nisbətən 8,4% az olub, orta aylıq satış məbləği 557,4 mln. ABŞ dolları təşkil edib. Valyuta satışının ən yüksək göstəricisi dekabr ayında 989,2 mln. ABŞ dolları, ən aşağı göstəricisi isə may ayında 312,87 mln. ABŞ dolları olmaqla qeydə alınıb.
2021-ci ilin noyabr-dekabr aylarında satılmış valyuta məbləği 2020-ci ilin müvafiq dövrünə nisbətdə 62,6% çox olmaqla, illik satışın 27,6%-ni təşkil edib. Son 2 ayda valyutaya olan tələbin yüksəlməsi ilin sonunda pul bazasının 32,2% artması ilə nəticələnib. Pul bazasının il ərzində dəyişməsinə icra olunan transfert məbləği, həmçinin vahid xəzinə hesabının dəyişməsi də əhəmiyyətli təsir göstərib. İlin sonunda transfert həcminin yüksəlməsi və vahid xəzinə hesabının qalığının azalması pul bazasının 3,6 mlrd. manat artması ilə nəticələnib. Pul bazasında dəyişikliyin əsasən dövlət xərcləmələrinin təzyiqi ilə formalaşması inflyasiyanın sürətlənməsində fiskal stimulların payının əhəmiyyətli olduğunu deməyə əsas verir.
Gununsesi.info