
Kəlbəcər rayonundan olan məcburi köçkün, Bəhram İsmayılov Tərtərdəki evinin erməni hücumlarından zərər görməsi səbəbi ilə kompensasiya ödənilməsi üçün dövlət başçısı İlham Əliyevə müraciət edib.
Vətəndaş dövlət başçısına etdiyi müraciəti sizə təqdim edirik:
Cənab prezident!
Mən, İsmayılov Bəhram Sahib oğlu Kəlbəcər rayonundan olan məcburi köçkünəm. Tərtər rayonu, Həsənqaya kənd sakiniyəm. Hazırda həmin rayonda Sarov kənd orta mətəbinin binasındakı daxmada qalıram. Orada yaşaxış mümkün deyil. Yararsız haldadır. Mənim evim 44 günlük vətən savaşı zamanı yararsız hala düşüb. İcra başçısının müavini Abbas müəllimin qəbulunda dəfələrlə olmağıma rəğmən, mənim evimə baxış keçirilmir. Hətta İcra nümayəndəsi İlqar Qasımov mənimlə kobud danışaraq başından edir. “Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi”ndən Fərhat müəllim mənə kömək etmək istəmir. Deyir ki, “Mənlik deyil, get, haraya şikayət edirsən, et”.
Cənab prezident, 1993-cü ildə mənfur düşmənlər tərəfindən evimiz yandırılıb. Özüm həmin yanğın zamanı bədənimdə yanıq xəsarətləri almışam. Üçüncü qrup əliləm. Bu məmurlar mənim başıma oyun açır. İki azyaşlı uşağımla məktəblərdə qalmışam.
Cənab prezident, sizdən xahiş edirəm ki, mənə kömək edəsiniz. Mən sizi həmişə dəstəkləmişəm!