
Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş iclasda Azərbaycanın koronavirusla mübarizədə xərclədiyi vəsait məlum olub.
Gununsesi.info-nun xəbərinə görə, icrada çıxış edən baş nazir Əli Əsədov bildirib ki, COVID-19-la mübarizəyə 644 mln. manat sərf olunub. Bu il daha 261 mln. manatın xərclənməsi nəzərdə tutulur.
2020-ci ildə böyük işlərin görüldüyünü nəzərə alaraq əlavə xəstəxanalara, modul xəstəxanalara ehtiyac yoxdur. “Biz işsizlərə və işini müvəqqəti itirənlərə 190 manatlıq birdəfəlik ödənişi dörd dəfə ödəmişik. Buna 450 mln. manat xərclənib”, – baş nazir bildirib.
Gununsesi.info