
Tesla və “SpaceX”ın təsisçisi İlon Mask Amazonun qurucusu Ceff Bizosu keçərək dünyanın ən zəngin adamı statusunu alıb.
Gununsesi.org xəbər verir ki, İlin Maskın sərvətinin 185 milyard dolları keçdiyi hesab edilir.
Mask tvitterdə bu yöndə paylaşılan xəbərlərə yenə özünə uyğun tərzdə cavab verib.
Belə ki, o, “İlon Mask 190 milyard dollarla hazırda dünyanın ən varlı adamıdır”,- yazısına, “Necə də qəribədir, indi isə mən işə geri qayıdıram”,-şəklində cavab verib.