Vəkillər yeni cəzaçəkmə müəssisəsində Taleh Bağırzadə ilə görüşüb - ACLIĞA BAŞLAYIB

  • By admin
  • 29 Noyabr 2022 16:28

Bu gün vəkillər – Fəxrəddin Mehdiyev və Bəhruz Bayramov 12 Saylı cəzaçəkmə müəssisəsinə köçürülən Müsəlman Birliyi Hərəkatının lideri Taleh Bağırzadə ilə görüşüb.

Bu barədə Gununsesi.info-ya vəkil Bəhruz Bayramov bildirib.

Vəkil deyib ki, Taleh Bağırzadəyə işgəncə verilməsi barədə sosial şəbəkədə yazılanlar öz təsdiqini tapmayıb:

“Ancaq Taleh Bağırzadə ona təzyiq və təhqir edildiyini dedi. Bildirdi ki, hələ illər əvvəl rəis müavini Babək İskəndərovla konfilikti olub. Gələn kimi isə Babək İskəndərov ona təzyiq edib. Bildirdiyinə görə, İskəndərov  ona deyib ki, həbsdə uzun müddət qalan adamın namusu da gedir. Bu sözündən sonra onlar arasında mübahisə düşüb və bu təhqirə cavab olaraq  aclığa başlayıb. Lakin onun aclıq etməsi barədə rəisə məktubu qeydə alınmayıb və həkim müayinəsi təyin edilməyib”.

Qeyd edək ki, Nardaran hadisələrində təqsirli bilinərək 20 il azadlıqdan məhrum edilən Hacı Taleh Bağırzadə ötən 7 ili Qobustandakı həbsxanada keçirib.

Bir neçə gün əvvəl 12 Saylı müəssisəyə etab edilən Bağırzadənin orada döyüldüyü bildirilirdi.

Mətləb

Gununsesi.info