Ermənistanın sabiq prezidenti Robert Koçaryanın vəkilləri koronavirus təhlükəsi ilə əlaqədar onun azad edilməsi tələbini irəli sürüblər.
Gununsesi.org bildirir ki, bu barədə TASS xəbər yayıb.
Müdafiəçilər Koçaryanın yaşının 60-dan yuxarı olduğunu və Ermənistanda koronavirusla bağlı vəziyyətin mürəkkəbləşdiyini bildirərək, qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıblar.
Hüquqşünaslar epidemiyadan əvvəl Koçaryanın səhhətində problem olduğunu xatırladıblar.
Robert Koçaryan 2008-ci ildə konstitusiya quruluşunu devirmək ittihamı ilə həbs edilib.
Məhkəmə prosesi 2019-cu il sentyabrın 12-də başlayıb.
Gununsesi.org
COMMENTS