ÜST-dən daha bir xəbərdarlıq: Hamımız əvvələ qayıdacağıq...

“Delta variantından daha təhlükəli koronavirus ştammının yaranma təhlükəsi var”.

Gununsesi.info xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) direktoru Tedros Adanom Gebreyesus deyib.

“Virus nə qədər geniş yayılsa, onun daha çox növü ortaya çıxacaq və hazırda bu qədər ziyan vuran “Delta” ştammından daha təhlükəli olma potensialı olacaq. Və nə qədər çox növü olsa, onlardan birinin peyvəndlərdən yayınmaq şansı daha yüksək olacaq – və hamımız əvvələ qayıdacağıq”, – Gebreyesus bildirib.