UNICEF-dən Qəzza xəbərdarlığı: 1 milyon uşaq ciddi təhlükə altındadır

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Uşaq Fondu (UNICEF) səhiyyə sisteminin çökmək ərəfəsində olduğu Qəzzada 1 milyon uşağın uçurumun kənarında yaşadığını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, UNİCEF-in yaydığı yazılı açıqlamada, səhiyyə sisteminin demək olar ki, tamamilə çökməsinin və bütün Qəzza zolağında, xüsusilə şimal hissəsində xidmətin olmamasının uşaqların həyatını təhdid etdiyi bildirilib.

Açıqlamada Rantisi və Nəsr uşaq xəstəxanalarının çoxlu hücumlara məruz qaldığı, bu xəstəxanalarda son 24 saat ərzində reanimasiya və uşaq reanimasiya şöbələrindən başqa heç bir xidmət göstərilmədiyi bildirilib.

Açıqlamada Qəzzanın şimal bölgəsindəki digər uşaq xəstəxanalarının yanacaq çatışmazlığı və hücumlar səbəbilə xidmətdən çıxdığı bildirilib.

UNİCEF-in Yaxın Şərq və Şimali Afrika Regional direktoru Adele Hudrın açıqlamalarının yer aldığı bəyanatda Qəzzada uşaqların yaşamaq hüququnun əlindən alındığı qeyd edilib.

“Qəzzada, xüsusən də şimaldakı uşaqlar uçurumun kənarındadır. Qəzzanın şimalında hələ də minlərlə uşaq var. Bu uşaqların gedəcək yerləri yoxdur və ciddi təhlükə altındadırlar. Uşaqların sağlamlıq müəssisələrinə qarşı hücumların dərhal dayandırılmasına, yanacaq və tibbi ləvazimatların verilməsinin təmin edilməsinə çağırırıq”, – deyə o bildirib.

Gununsesi.info