“UNESKO İraqın Mosul şəhərini yenidən inşa edəcək”.
Gununsesi.org xəbər verir ki, bunu UNESKO baş direktorunun kabinetinin rəhbəri Nikolas Kassianides jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Mosul şəhərinin UNESKO-nun hesabına yenidən bərpası qarşıdakı onillikdə qurumun üç mühüm layihələrindən biri olacaq: “Mosulda bərpa olunacaq abidələr arasında dağıdılmış məscidlər, kilsələr, tarixi abidələr və bütövlükdə qədim şəhər var”.
Qeyd edək ki, İraqın Mosul şəhəri 2014-cü ildə İŞİD terrorçuları tərəfindən dağıdılıb.
Gununsesi.org
COMMENTS