İranda 4,2 bal gücündə zəlzələ olub

İranda 4,2 bal gücündə zəlzələ olub

İranın Fars vilayətində 4,2 bal gücündə zəlzələ qeydə alınıb.

Gununsesi.org Trend-ə istinadən bildirir ki, zəlzələ oktybarın 13-u yerli vaxtla saat 21:27-də baş verib.

Məlumata əsasən, yeraltı təkanlarının ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələnin episentri Mahmeleh rayonundan 9 kilometr məsafədə olub.

İnsan itkisi haqqında məlumat verilməyib.

 

Gununsesi.org

COMMENTS