
Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmalıdır.
Gununsesi.info xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, ölkədə ərzağın qiymətində artım müşahidə olunur: “Hesab edirəm ki, Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsinə baxılmaldıır. Çünki bu halda kənd təsərrüfatı daxil olmaqla inkişaf, rəqabət mühiti müşahidə oluna bilər. Mən xahiş edirəm ki, parlament rəhbərliyi Ümumdünya Ticarət Təşkilatı ilə aparılan danışıqlarla bağlı Prezident Administrasiyası və digər aidiyyəti qurumlarla bunu müzakirə etsin”.
Gununsesi.info