Topxana meşəsi bərpa ediləcək

İşğaldan azad edilən ərazilərdə olan və ermənilər tərəfindən məhv edilən Topxana meşəsi bərpa ediləcək.

Gununsesi.info xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Nazir müavini bildirib ki, bunun üçün ərazidə təhlükəsizlik tədbirləri görülməlidir: “Məhşur Topxana meşəsi o vaxt ermənilər tərəfindən qırılaraq daşınmaqla yanaşı, əraziyə fosforlu mərmilər atılaraq yanğınlar törədilmişdi. Həmin ərazilər minalardan təmizlənəndən, təhlükəsizlik təmin olunduqdan sonra, qeyd olunan meşələrin bərpasına başlanılacaq”.

Gununsesi.info