
Rusiya Aerokosmik Qüvvələri bir gündə Ukraynanın 12 hərbi obyektinə idarə olunan raketlərlə zərbələr endirib.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.
“Ukrayna qoşunlarının Qusarovka və Andreyevna qəsəbələrindəki iki komanda məntəqəsi, Arxangelovka, Kramatorsk və Selydovoda canlı qüvvənin və Ukrayna hərbi texnikasının cəmləşdiyi üç ərazi, habelə Popasna ərazisində Ukrayna ordusunun altı dayaq məntəqəsi vurulub”, – MN sözçüsü deyib.
Gununsesi.info