
Ukrayna hərbçiləri Donetsk vilayətində Maryinka şəhərinə nəzarəti bərpa ediblər.
Gununsesi.info Report-a istinadla xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun itki verərək geri çəkildiyini bildirib.
Müharibənin 55-ci günündə Rusiya qoşunları Xerson vilayətinin inzibati sərhədlərinə çıxmağa cəhd edirlər. Onlar yaşayış məntəqələrini durmadan atəşə tuturlar.
O da bildirilir ki, Slobojan istiqamətində Xarkovun bir hissəsi tutulub, İzyum şəhərindən cənuba hücum cəhdləri edilir. Lakin Rusiya tərəfi uğur əldə edə bilməyib və itki verərək əvvəldən tutduğu mövqelərinə qayıdıb.
Gununsesi.info