Ukraynada xəsarət alan uşaqların sayı AÇIQLANDI

Rusiya qoşunlarının Ukraynaya hücumu nəticəsində 250-dən çox uşaq xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu Telegram kanalında məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiya Federasiyasının Ukraynaya silahlı əməliyyatı başlayandan bəri Ukraynada 416-dan çox uşaq əziyyət çəkib:

“3 aprel 2022-ci il səhər saatlarına olan məlumata görə, müharibə qurbanları olan uşaqlarının rəsmi sayı dəyişməyib – 158 ölü. Yaralıların sayı isə artıb. Onların sayı 258-dən çoxdur”.

Qeyd olunub ki, uşaqlar ən çox Kiyevdə – 75, Donetskdə – 73, Xarkovda – 56, Çerniqovda – 47, Nikolayda – 32, Luqanskda – 31, Zaporojyedə – 22, Xersonda – 29, paytaxtda – 16, Sumidə – 16, Jitomirdə – 15 nəfər zərər çəkib.

Gununsesi.info