Ukraynada şahinə “Bayraktar” adı verdilər

Ukraynada 28-ci İxtisaslaşmış Atıcı Briqadasının hərbçiləri şahin quşuna “Bayraktar” adı veriblər.

Gununsesi.info xəbər verir ki, bu barədə “Cənub” Ordu Komandanlığının “Facebook” səhifəsindən məlumat verilib.

Hərbçilər yaralı quşu müalicə edib, qanadlı isə öz növbəsində minnətdarlıq hissi ilə Ukrayna müdafiəçilərin keşiyini çəkməyə başlayıb.

Gununsesi.info