
ABŞ dünya ictimaiyyətini meymunçiçəyi epidemiyasına qarşı birgə mübarizə aparmağa çağırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Evin pandemiya məsələləri üzrə koordinatoru Rac Pəncabi danışıb.
“Ümumdünya Səhiyyə Təşkilatının hazırkı meymun epidemiyasını ictimai sağlamlıq üçün fövqəladə vəziyyət elan etmək qərarı dünya ictimaiyyətinin bu virusun yayılmasının qarşısını almasında hərəkətə keçməsi üçün bir çağırışdır”, – Ağ Evin saytında yerləşdirilən bəyanatda bildirilib.
Pəncabi qeyd edib ki, virusun yayılmasını dayandırmaq, ən çox risk altında olan insanları qorumaq və mövcud epidemiya ilə mübarizə aparmaq üçün ölkələr birlikdə hərəkət etməlidir.
O əlavə edib ki, ABŞ Prezidenti Cozef Bayden administrasiyası ölkədə xəstəliyə qarşı mübarizə strategiyasını təsdiqləyib. Pəncabinin sözlərinə görə, bu, vaksinlərin alınması və istehsalının həcminin artırılmasını, həmçinin onların ölkə daxilində yayılmasını nəzərdə tutur.
Xatırladaq ki, dünən ÜST-ün rəhbəri Tedros Adanom Qebreyesus meymunçiçəyi xəstəliyinin yayılmasını fövqalədə vəziyyət elan edib.
Gununsesi.info