Türk ordusundan UĞURLU ƏMƏLİYYAT: Terrorçular məhv edildi

Türkiyənin Milli Müdafiə Nazirliyi Suriyanın Tel Rıfat bölgəsində PKK/YPG terrorçularının zərərsizləşdirildiyini bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Bildirilir ki, Tel Rıfat bölgəsindən “Fərat Qalxanı” bölgəsindəki Azez rayonuna minaatanlardan atəş açan PKK/YPG-nin 7 terrorçusu zərərsizləşdirilib. Cavab atəşi ilə terrorçuların sığınacaqları məhv edilib.

Gununsesi.info