
Odessa ərazisində Rusiyanın diversiya qrupu əslən Kəlbəcərdən olan soydaşlarımızı daşıyan avtomobilləri atəşə tutub. Hadisə nəticəsində 4 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb. Avtomobilə silahlı hücum zamanı həlak olan azərbaycanlılar Rəhim İsmayılov, Qabil İsmayıloV, Nemət İsmayılov və Camal Salmanovdur.
“Birlik” Odessa diaspor təşkilatının üzvü Anar Ağazadə Gununsesi.info-ya vətəndaşlarımızın nəşinin Azərbaycana nə vaxt gətiriləcəyi barədə məlumat verib.
“Martın 1-nə qədər vəfat edənlərin meyitlərinin yarılması, ekspertiza məsələləri olacaq. Ondan sonra deyiblər ki, götürmək olar. Biz dünən Kiyevdəki və Moldovadakı səfirliyimizlə əlaqədə olmuşuq. Paralel şəkildə ekspertiza ölüm kağızını verəcək, sənədlər hazırlanacaq. Ondan sonra biz artıq təxliyə ilə məşğul ola biləcəyik”,- Anar Ağazadə bildirib.
Gununsesi.info