Ukraynanın Baş prokuroru Ruslan Ryaboşapka İqor Ponoçovı Krım Muxtar Respublikasının prokuroru təyin edib.
Gununsesi.org-un “strana.ua” portalına istinadən verdiyi xəbərə görə, fərman 22 oktyabrda imzalanıb.
Ponoçovu kollektivə Ukrayna Baş prokurorunun yeni müavini, azərbaycanlı Gündüz Məmmədov təqdim edib.
Qeyd edək ki, Gündüz Məmmədov 1974-cü ildə azərbaycanlı alim Aydın Məmmədovun ailəsində doğulub. O, 2016-cı ildən cari ilin oktyabrına qədər Krımın prokuroru kimi fəaliyyət göstərib.
Gununsesi.org
COMMENTS