2021-ci ildə keçiriləcək klublararası dünya çempionatının ev sahibi dəqiqləşib.
Gununsesi.org xəbər verir ki, ilk dəfə 24 komandanın iştirak edəcəyi yarış Çində olacaq. Turnir iyun-iyul aylarında keçiriləcək.
Dörd ildən bir təşkil olunacaq çempionatda konfederasiyaların təmsilçi sayı isə hələ dəqiqləşməyib. Bununla bağlı müzakirələr aparılacaq.
Qeyd edək ki, 2019 və 2020-ci illərdə Qətərin ev sahibliyi edəcəyi turnirlər köhnə formatla oynanılacaq.
Gununsesi.org
COMMENTS