
“Rusiyanın hücumları nəticəsində 220 uşaq həlak olub, 406-dan çox uşaq isə yaralanıb”.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun bəyanatında deyilir.
Qeyd olunur ki, Ukraynada Rusiyanın hücumlarından 626-dan çox uşaq zərər çəkib.
Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.
Gununsesi.info