DİN-dən əxlaqsız təklif edən müəllimlə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Lənkəran Dövlət Universitetinin müəlliminin tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev nazirliyin yayılan görüntülərdən məlumatlı olduğunu bildirib.

Onun sözlərinə görə, yayılan iddialar Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırılır:

“Təfərrüat ətraflı araşdırmadan sonra məlum olacaq”.

Gununsesi.info