
İslandiyanın paytaxtı Reykyavik şəhərində kişilər arasında şahmat üzrə Avropa çempionatının doqquzuncu turunun oyunları keçirilib.
Gununsesi.info xəbər verir ki, Azərbaycan təmsilçisi Rauf Məmmədov bu turda almaniyalı Vincent Keymer ilə üz-üzə gəlib. Qarşılaşma heç-heçə ilə başa çatıb.
Həmçinin Nicat Məmmədov rusiyalı Aleksey Sarana, Nicat Abbasov fransalı Marc Andria Maurizzi, Aydın Süleymanlı niderlandlı Liam Vrolijk, Read Səmədov islandiyalı Stefansson Hannes qarşılaşmaları da heç-heçə ilə nəticələnib.
Qeyd edək ki, Rauf Məmmədov ötən turların nəticəsinə görə, 7 xalla 2-3-cü yerləri bölüşür. Digər şahmatçılarımız N.Məmmədov 6,5 xal, N. Abasov, A.Süleymanlı və R.Səmədov 5 xal toplayıblar.
İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.
Gununsesi.info