Ukrayna Türkiyədən ilk “Bayraktar TB2” PUA-sını aldı

Ukrayna Türkiyə istehsalı olan “Bayraktar TB2” PUA-sını əldə edib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı ölkənin müdafiə nazirliyinin “Twitter” hesabında qeyd olunub.

“Yüksəkliyə qalxırıq! Müdafiə naziri Andrey Taran: “Hərbi dəniz qüvvələri üçün ilk “Bayraktar TB2” PUA Ukraynaya çatdırılıb. Bazada kompleksin yekun qəbul testlərini aparırıq”, – deyə məlumatda bildirilir.