Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak olub

  • By arzu
  • 25 Oktyabr 2022 10:04

Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı çavuşu Orucov Rəşad Əliqulu oğlu Donetsk vilayəti istiqamətində həlak olub.

 

Gununsesi.info-nun məlumatına görə, 1989-cu il təvəllüdlü azərbaycanlı hərbçi Ukraynanın Xmelnitsk vilayətində doğulub böyüyüb.

O, 2014-cü ildən etibarən Ukrayna ordusunda müddətdən artıq çavuş kimi xidmət edirdi.

R. Orucov böyüdüyü vilayətdə dəfn olunub.