
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) Rusiyanın federal mülkiyyətinə verilməsi haqqında fərman imzalayıb.
Gununsesi.info xəbər verir ki, fərmana əsasən, Rusiyada ZAES artıq yerli müəssisə kimi “qanuni şəkildə rəsmiləşdirilib”.
Buna cavab olaraq, “Energoatom” (Ukrayna) bu cür hərəkətləri etibarsız elan edib, ZAES-in Ukraynada qalacağını bildirib və müəssisəyə müvəqqəti menecer təyin edib.
Vurğulanıb ki, Putinin imzaladığı fərman Rusiya Federasiyasının planlarından xəbər verir. Rusiya reyestrlərinə görə, “Rosatom” vaxtından əvvəl bu məsələ üzərində işləyib və hətta Putinin fərmanından əvvəl nizamnamə kapitalı 2 milyard rubl olan “Zaporojye AES Əməliyyat Təşkilatı ASC”ni təsis edib.
Gununsesi.info