
Ukrayna hərbi aerodromlarının 90%-i məhv edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.
“Hərbi aviasiyanın əsas hissəsinin yerləşdiyi Ukrayna hərbi aerodromlarının 90%-i sıradan çıxarılıb.
Konaşenkov qeyd edib ki, əməliyyatdan öncə Ukrayna silahlı qüvvələrinin 250-yə qədər istismara yararlı döyüş təyyarəsi və helikopteri var idi. Rusiya aerokosmik qüvvələri yerdə və havada 89 döyüş təyyarəsi və 57 helikopteri məhv edib.
Gununsesi.info