
Daşkəsən rayonunun Xoşbulaq kənd Bələdiyyəsinin sədri Allahverdiyev Rasim Məhəmməd oğlu və ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri işləmiş Şahbaz Mehdiyevin cinayət işi üzrə məhkəmənin hökmü elan olunub.
Bu barədə Gununsesi.info-ya Şahbaz Mehdiyevin vəkili Bəhruz Bayramov bildirib.
Onun sözlərinə görə, məhkənə Şahbaz Mehdiyevə bəraət verib.
Təqsirləndirilən Rasim Allahverdiyevə isə 8 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Hər iki şəxs vəzifə cinayətlərində ittiham olunurdu.
Qeyd edək ki, R. Allahverdiyev həbs edilənədək bələdiyyə sədri olub.
Şahbaz Mehdiyev isə ləğv olunan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri vəzifəsində işləyib.
Gununsesi.info