Uçan adam” ABŞ xüsusi xidmət orqanlarının diqqət mərkəzinə düşdü

  • By turana
  • 26 Dekabr 2020 22:09

ABŞ-da pilot təlim zamanı 900 metr hündürlükdə reaktiv mühərriklə uçan şəxsi telefonunun kamerası çəkib.

“Demirören Haber Ajansı” (DHA) istinadən xəbər verir ki, görüntülər ictimailəşəndən sonra Federal Təhqiqatlar Bürosu bu şəxsi axtarmağa başlayıb.

Qeyd olunur ki, “uçan adam” adlandırılan bu şəxs artıq bir neçə dəfə oxşar təhlükəli uçuşlar həyata keçirib və onun şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.