
Ermənistanın müxalif “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan baş nazir Nikol Paşinyanın növbədənkənar seçkilərlə bağlı məsləhətləşmə çağırışını qəbuledilməz sayır.
Bu barədə erməni mətbuatı yazıb. Xəbərə görə, barədə Saqatelyan Feysbuk səhifəsində yazıb:
“Bu variant qəbuledilməzdir. Bir yol var – satqının hakimiyyətdən uzaqlaşdırılması. Bundan sonra erməni xalqına azad, ədalətli, şəffaf və rəqabətli seçki keçirmək imkanı veriləcək”.
O həmçinin əlavə edib ki, Paşinyan “boşluqlar axtarır” və xalq adı arxasında gizlənməyə çalışır, əslində isə insanları aldadır.
Xatırladaq ki, Nikol Paşinyan ötən gün 2021-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün siyasi qüvvələri məsləhətələşməyə dəvət etmişdi.
Gununsesi.info