Türkiyənin təsdiqləməsindən sonra Macarıstandan “İsveç” açıqlaması

  • By arzu
  • 11 İyul 2023 17:52

Türkiyənin İsveçin NATO-ya üzvlüyü üçün göstərdiyi müsbət yanaşmadan sonra Macarıstanın Xarici İşlər Naziri Peter Szijjarto mövzu ilə bağlı açıqlama verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Szijjarto İsveçin NATO üzvlüyünün təsdiqlənməsinin bu anda “yalnızca texniki bir mövzu” olduğunu söyləyib.

HTML tutorial

Nazir daha sonra bunları bildirib:

“Üzvlük prosesinin tamamlandırılması artıq texniki bir mövzudur. Önəmli mövzulardan biri Ukrayna savaşı və orada barışığın təmin edilməsidir”.

Tərcümə: Arzu

Gununsesi.info