AzTV-də şanlı qələbəmizə həsr olunmuş filmin nümayişi oldu  - VİDEO

Azərbaycan Televiziyası (AzTV) Vətən müharibəsinin başlanmasının ilk ildönümü ilə bağlı sənədli film hazırlayıb.

Gununsesi.info xəbər verir ki, “Biz Qarabağı unutmadıq” adlı film Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında tarix yazan Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı qələbəsinə həsr olunub.

Filmdə ordumuzun qazandığı parlaq qələbənin təfərrüatı və nəticələrindən bəhs olunub, müharibədə iştirak etmiş hərbçilərimizin təəssüratları yer alıb.

Gununsesi.info