Lavrovla Şoyqu deputat mandatından imtina etdi

Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə deputat mandatı qazanan xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu deputat mandatından imtina ediblər.

Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə məlumatı prezidentin köməkçisi Dmitri Peskov söyləyib.

Lavrov və Şoyqu “Vahid Rusiya” partiyasının seçki siyahısından deputat seçilmişdilər.

Gununsesi.info