Ramil Quliyev ata oldu

Ramil Quliyev ata oldu

Türkiyənin şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev ata olub.

Gununsesi.org xəbər verir ki, Avropa çempionu bununla bağlı şəxsi instaqram hesabında paylaşım edib.

“Bu dünyaya xoş gəldin”, – deyə R.Quliyev qeyd edib.

Qeyd edək ki, Ramil Quliyevin xanımı Yekaterina Zavyalova da atletdir. Rusiyalı idmançı 2012-ci ildə keçirilən London Olimpiadasında 800 metr məsafəyə qaçışda gümüş medal qazanıb. Cütlüyün toyu ötən ilin avqustunda baş tutub.

 

 

Gununsesi.org

COMMENTS