
Türkiyənin Bursa şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info “TRT Haber”ə istinadən xəbər verir ki, qəza Bursa-Karacabey yolunda olub.
Belə ki, qatı duman nəticəsində görmə məsafəsi 10 metrdən aşağı düşüb. Bu da zəncirvari yol qəzasına səbəb olub.
Məlumata görə, Bursa-Karacabey istiqamətində hərəkət edən 10 avtomobil toqquşub. Hadisə nəticəsində 7 nəfər yaralanıb. Əraziyə təcili yardım və polis qüvvələri cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.
Yol bir müddət bağlı qalıb. Hazırda qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində addımlar atılır.
Gununsesi.info