Amerika prezidenti Tramp koronavirus testindən keçdi

Amerika prezidenti Tramp koronavirus testindən keçdi

ABŞ Prezidenti Donald Tramp yenidən koronavirus testindən keçib və nəticə mənfi olub.

Gununsesi.org APA-ya istinadla xəbər verir ki, bu barədə Reuters Trampın həkimi Şon Konlinin açıqlamasına istinadən məlumat yayıb.

Həkim analiz üçün yeni ekspress-test üsulundan istifadə edildiyini bildirib, nəticə də 15 dəqiqədən sonra əldə olunub: O sağlamdır, koronavirus xəstəliyinin əlamətləri yoxdur”.

Qeyd edək ki, D.Tramp koronavirus testindən ilk dəfə martın 14-də keçib.

Gununsesi.org

COMMENTS