
Ukrayna 2026-cı ildə Sahil Raket Qüvvələri adı altında yeni qoşun növü yaratmaq niyyətindədir.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin rəhbəri, kontr-admiral Aleksey Neijpapa deyib.
O bildirib ki, həmin qüvvələr yerli “Neptun” qanadlı raketləri ilə təchiz ediləcək.
Neijpapanın sözlərinə görə, Prezident Vladimir Zelenski HDQ-nin 2036-cı ilə qədər inkişaf strategiyasını təsdiqləyib:
“Həmin strategiyaya əsasən, korvet sinfindən olan gəmilərin inşası nəzərdə tutulub. Ukrayna üçün ilk belə gəmi Türkiyədə inşa edilir”.
Gununsesi.info