
“Rusiya sülhməramlıları Qarabağda yerləşdirildikdən sonra 1900-dən çox hərbçinin cəsədi Ermənistan və Azərbaycanın yerli hakimiyyət orqanlarına təhvil verilib”.
Gununsesi.info xəbər verir ki,bunu Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandan müavini Rüstəm Muradov deyib.
O bildirib ki, Rusiya sülhməramlıları hər iki tərəfdən ölən hərbçilərin cəsədlərinin axtarış tədbirlərini davam etdirilir:
“Hər iki tərəfdən 100-dən çox hərbçi əsirlikdən azad edilərək vətənlərinə qaytarılıb”.
Gununsesi.info