Türkiyədə üç terrorçu zərərsizləşdirilib

  • By admin
  • 04 Oktyabr 2020 09:28

Türkiyədə həyata keçirilən “İldırım-7” antiterror əməliyyatları çərçivəsində Diyarbəkirin Licə bölgəsində daha 3 terrorçu zərərsizləşdirilib.

Gununsesi.info “Anadolu”ya istinadən xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Bildirilir ki, aviasiyanın dəstəyi ilə keçirilən əməliyyatlar davam edir.

 

İraqın şimalında həyata keçirilən “Pençe-Kaplan” antiterror əməliyyatı çərçivəsində görülən tədbirlər nəticəsində isə PKK-ya məxsus sığınacaq və silah sursat anbarı aşkarlanıb.

 

 

Gununsesi.info