Pakistan səfiri Ermənistan silahlı qüvvələrinin Gəncəni atəşə tutmasını pisləyib

  • By admin
  • 04 Oktyabr 2020 13:21

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Ermənistan silahlı qüvvələrinin Gəncəni atəşə tutmasını pisləyib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə diplomat “Twitter”də bildirib.

“Dualarımız Gəncə əhalisi ilədir. Beynəlxalq hüquqa görə mülki əhalini bombalamaq müharibə cinayətidir”, – deyə səfir qeyd edib. 

 

 

Gununsesi.info