
Xəbər verdiyimiz kimi erməni silahlı qüvvələrinin Azərbaycana təxribatı nəticəsində Naftalan rayonun Qaşaltı kəndində 1 ailənin 5 üzvü həlak olub.
Gununsesi.info-nun əməkdaşı erməni hərbçilərinin top zərbələri ilə hücuma məruz qalan Qaşaltı kəndində olub.
Əməkdaşımızın verdiyi xəbərə görə, Qaşaltı kəndi ciddi şəkildə hücuma məruz qalıb. Mülki əhalinin yaşadığı evlər, məktəblər, uşaq bağçaları, tibb məntəqəsi və poçt şöbəsi mərmi zərbələrinə tuş gəlib.
Əməkdaşımız onu da öyrənib ki, həlak olan 2 məktəblinin atası hərbi qulluqçudur.
Kənd sakinlərinin verdiyi məlumata görə, hərbçimiz ailə üzvlərinin həlak olmasını həmin kənddə döyüşdə olarkən öyrənib.
Həlak olmuş şəxslər kənd sakiləri tərəfindən bu gün səhər saatlarında dəfn olunub.
Onuda qeyd edək ki, kəndin dəvamlı ağır artilleriyadan atəşə tutulmasına baxmayaraq kənd sakinləri öz gündəlik həyatlarına dəvam edir.
Cəbhə xəttində daha ətraflı xəbərləri gün ərzində təqdim etməyə çalışacayıq.
Pərviz Həşimli,
Naftalan, Qaşaltı