Trampla Maskın yayınına kiberhücum…

  • By Günel
  • 13 Avqust 2024 15:23

ABŞ-ın keçmiş prezidenti və qarşıdan gələn seçkilərdə Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Tramp  1 ildən sonra X platformasına giriş edib. 88 milyon izləyicisi olan Tramp X hesabında sosial media platformasının sahibi Elon Maskla səmimi söhbət edib.

Müsahibə texniki problemlər səbəbiylə planlaşdırılandan təxminən 40 dəqiqə gec başlayarkən, Mask bu cür problemlərin arxasında “böyük bir kiber hücumun” olduğunu iddia edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, keçən ay Pensilvaniyada keçirilən təşviqat kampaniyası zamanı mitinqdə məruz qaldığı sui-qəsd cəhdi ilə bağlı Tramp: “Bu bir möcüzə idi. Əgər başımı çevirməsəydim, səni nə qədər sevsəm də, indi səninlə danışmazdım”,- deyə Elon Maska bildirib.

Daha sonra o, Rusiyanın Ukraynaya hücumunda, hazırkı prezident Co Baydenin məsuliyyət daşıdığını, həmçinin “Əgər, Bayden vəzifədə olmasaydı, Rusiya əsla Ukraynanı işğal etməyəcəkdi”, – deyə o bildirib.

Tramp Putinlə olan güclü əlaqələrinin olduğunu bildirərək və münaqişənin qarşısını ala biləcəyini iddia edərək, Putinə heç bir addım atmamağı da qeyd deyib.

 

“Mən Rusiya prezidenti Vladimir Putinlə çox yaxşı anlaşırdım və o, mənə hörmət edərdi”, – deyən Tramp əlavə edərək bildirib ki, “Biz aramızda Ukrayna haqqında danışırdıq. Ukrayna onun göz bəbəyi idi, mən ona hücum etməməyi demişdim”.

ABŞ-ın keçmiş prezidenti Ukraynaya yardım məsələsinə toxunaraq, Avropa Birliyinin (AB) ABŞ-ın xərclərinə bərabər yardım etməyin vacibliyini söyləyib.

“Niyə Amerika Birləşmiş Ştatları Avropanı müdafiə etmək üçün Avropadan daha çox pul ödəyir? Bu heç məntiqli deyil. Ədalətsizlikdir və həll olunması vacib bir məsələdir”, –  deyə Tramp bildirib.

Həmçinin Avropa Birliyinin “ticarətdə ABŞ-dan böyük üstünlük əldə etdiyini” deyib.

“Onlar Çin qədər sərt deyillər, amma pisdirlər”,- deyə qeyd edib.

 

Günel Həsənova

Gununsesi.info