
Bu gün nazir Emin Əmrullayevin “Son zəng” tədbirində iştirakı zamanı lentə alınmış foto kəskin tənqid olunub.
Gununsesi.info Yenipress.az-a istinadən xəbər verir ki, görüntülərdə nazirin iştirak etdiyi 234 nömrəli məktəbin adının məktəb binasının divarına yanlış yazıldığı əks olunub.
Sosial şəbəkə istifadəçiləri tədris ocağında belə bir səhvin yolverilməz olduğunu bildiriblər.