
Luis Suarez “İnter Mayami” ilə müqaviləyə imza atdı.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Fabrizio Romano Lionel Messinin “Barselona”dakı keçmiş komanda yoldaşı Luis Suarezlə “İnter Mayami”də yenidən bir araya gəlməyə hazır olduğu xəbərini təsdiqləyib.
Keçmiş Barselona komanda yoldaşı və Lionel Messinin yaxın dostu olan uruqvaylı hücumçu Luis Suarezin çoxdan gözlənilən imzası elan olunub.
Gələn ay 37 yaşını tamamlayan ulduz futbolçu Suarez karyerası ərzində 500-dən çox qola imza atdığı üçün dünyanın ən məhsuldar oyunçularından biridir biridir.
O, 2024-cü il mövsümü üçün İnter Mayami ilə bir illik müqavilə imzalayıb.
“Başlamaq üçün səbirsizlənirəm və bu möhtəşəm Klubla daha çox titul qazanmaq arzusunu reallaşdırmaq üçün işləməyə hazıram”.
Xatırladaq ki, Messi və Suarez altı mövsümü Barselonada birlikdə keçirərək, Neymarla birlikdə bütün Avropanın müdafiəsini təqib edən Bermud (Şeytan üçbucağı) yaratmışdılar.
Gununsesi.info