İranda neft emalı zavodunda güclü yanğın başlayıb – VİDEO

  • By admin
  • 02 İyun 2021 20:49

İranın paytaxtı Tehran şəhərində neft emalı zavodunda güclü yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, yanğının zavodda maye qaz nəql edən boru kəmərində baş verdiyi bildirilir.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Tehrandakı bütün neft emalı zavodlarında iş dayandırılıb. Əhalidən yolların açıq saxlanılması istənilib.

Gununsesi.info