Türkiyədə koronavirus qurbanlarının sayı 4,9 mini ötdü

Türkiyədə koronavirus qurbanlarının sayı 4,9 mini ötdü

Türkiyədə son sutka ərzində koronavirusa 1 200-dən çox yoluxma qeydə alınıb.

Gununsesi.org xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca özünün “Twitter”dəki səhifəsində yazıb.

Nazir bildirib ki, son gün ərzində daha 23 nəfər COVID-19-dan ölüb.

“Bu gün 1 214 yoluxma qeydə alındı, virusa ümumi yoluxma 185 245 nəfərdir. Bu gün biz 23 pasiyent itirdik, ölənlərin ümumi sayı 4 905 nəfərdir.

Bu gün 1 494 nəfər sağaldı, ümumi sağalma 157 516”, – deyə nazir özününü sosial şəbəkədəki hesabında yazıb.

Gununsesi.org

COMMENTS